9 iyul 2013 00:06
Pantiçli Bakı darmadağınla başladı (YENİLƏNİB)
Yeni mövsümə Avstriyada hazırlaşan “Bakı” sözügedən ölkədəki təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar” yerli “Hermagor” klubu ilə üz-üzə gəlib.
Qeyd edək ki, bu, Bakının eyni adlı təmsilçisinin yeni baş məşqçisi Milinko Pantiçin rəhbərliyi altinda ilk sınağı idi. "Bakı" serb mütəxəssisin debüt matçında darmadağına sevinib.
Yoxlama oyunu
8 iyul
Bakı - Hermagor - 4:1
Qollar: R.Əliyev, 9 (1:0), M.Kalonas, 35 (2:0), L.M.Horvat, 60 (3:0), E.Əliyev, 81 (4:0).
Avstriya təmsilçisi 88-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. 77-ci dəqiqədə isə Rəşad Abdullayev penaltidən yararlana bilməyib.
"Bakı"nın start heyəti: Edin Nuredinoski, Aqil Nəbiyev, Nicat Əsgəro, Yurie Trauner, Aleksandr Şoliç, Deyvidas Çesnauski, Əfran İsmayılov, Vadim Abdullayev, Rauf Əliyev, Mindauqas Kalonas, Marius Pena.
