8 iyul 2013 12:11
Neftçinin rəqibi Makedoniya yığmasının forvardı ilə gücləndi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Albaniyanın “Skenderbeu” klubu heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, sözügedən klub hücum xəttini gücləndirib.
Belə ki, Albaniya çempionu Makedoniyanın özündən ən çox söz etdirən gənc hücumçularından Muzafer Eyupini transfer edib. 23 yaşlı forvard karyerası ərzində “Vardar”, “Metallurg” (Skopye), “Kartal”, “Shkendija” kimi klublarda oynayıb.
O, Makedoniya yığmasında hələlik cəmi bir oyun keçirib.
