9 iyul 2013 00:16
Elhad Nəziri Universitatea Clujla başlayacaq
Futbol üzrə Rumıniya çempionatının yeni mövsümünün təqvimi açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin çıxış etdiyi “Petrolul” klubunun da oyun proqramı müəyyənləşib.
Həmyerlimizin koamndası yeni mövsümə “Universitatea Cluj” ilə oyunla start verəcək.
Qeyd edək ki, Rumıniya çempionatında yeni mövsümə iyulun 20-də start veriləcək.
