8 iyul 2013 13:10

“Qarabağla ilk mövsümdə ölkə çempionu olmaq istəyirəm”

“Qarabağ”ın yeni hücumçusu Leroy Corcun azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”da ilk rəsmi oyununu keçirdiniz. Makedoniya “Metallurg”u ilə səfər matçı ilə bağlı nə dey bilərsiz?
- Yeni komandamda hələlik 10 dəqiqə oynaya bilmişəm. Deməzdim ki, fenomenal nəsə nümayiş etdirdim. Mən oyundan cəmi iki həftə öncə komandaya qoşulmuşdum. Onun da bir həftəsini fərdi qaydada hazırlaşmışdım. Təbii ki, mənim özümü göstərməyim üçün vaxt lazımdı. Fikrimcə, hər şey yaxşı olacaq.
 
- 1:0 hesablı qələbəni necə qiymətləndirirsiz?
- Belə pley-off oyunlarında səfərdə qazanılmış 1:0 hesablı qələbə çox vacibdi. İndi bizi Bakıda ondan heç də asan olmayacaq cavab görüşü gözləyir. Mənim üçün bu görüş yaddaqalan olacaq. Çünki doğma meydanda ilk matçıma çıxacağam.
 
- Sizcə, ilk oyunun nəticəsi artıq ümumi nəticə üçün zəmanət sayıla bilər?
- Əgər böyük hesabla qalib gəlsəydik, sözünüzü təsdiqləyə bilərdim. Amma hazırda heç nə həll olunmayıb. Düzdü, biz ilk oyunda çox yaxşı mübarizə apardıq. Öz meydanımızda isə ondan da yaxşı çıxış etməyimiz lazımdı. Bu komandadan güclü olduğumuzu yalnız bu halda isbatlaya bilərik. Yeri gəlmişkən, mən də ilk ev oyununda qol vurmaq istəyirəm.
 
- Skopyedə irqçiliklə üzləşdiniz...
- Bəli. Bu, tamamilə xoşagəlməz bir məqam idi. Belə şeylərə futbolda son qoymaq lazımdı. Oyun vaxtı buna fikir verməməyə çalışdım. Allaha şükür ki, oynayacağım ölkədə belə şeylər yoxdu. Mənə artıq Azərbaycanın tolerant ölkə olduğu haqda danışıblar.
 
- Sizin hücumçu olduğunuzu bilirik. Amma klub rəsmilərindən eşitmişik ki, orta sahədə də oynaya bilirsiz...
- Lazım gəldikdə, geriyə də çəkilə bilirəm. Amma daha çox hücumçu kimi çıxış etməyi xoşlayıram.
 
- “Qarabağ”dakı hədəfləriniz necədi?
- Birinci növbədə ilk mövsümümdəcə ölkə çempionu olmaq istəyirəm. Komandadakı atmosfer bunun üçün əsas verir. Komanda yoldaşlarımın da uğura ac olduğunu görürəm. Mənə gəlincə, çempionluq yolunda çoxlu qollar, qol ötürmələrinin olmasını istəyirəm. Mənim mövqeyimdə oynayan hər bir futbolçunun arzusu belədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.