9 iyul 2013 00:48
İnterli futbolçuların zədələdiyi Mariehamnın iki oyunçusu mövsümün sonuna kimi sıradan çıxdı
Finlandiyanın “Mariehamn” klubunun iki futbolçusunun Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “İnter”lə Bakıdakı ilk oyunda ciddi zədə aldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Dieqo Assislə Dever Orgill həmin oyunun elə ilk yarısında sıradan çıxdığı üçün əvəzlənmək məcburiyyətində qalmışdı.
Artıq həmin futbolçuların aqibətinə aydınlıq gəlib. Finlandiya klubunun rəsmi saytının yaydığı məlumata görə, hər iki futbolçu mövsümün sonuna kimi sıradan çıxıblar. Onların yarım ildən 10 aya qədər müddət ərzində bərpa dövrü keçməsi gözlənilir.
Qeyd edək ki, “İnter” – “Mariehamn” matçı 1:1 hesabıyla başa çatmışdı. Bu komandalar arasındakı cavab matçı isə iyulun 11-də Finlandiyada keçiriləcək.
