8 iyul 2013 15:55
Yığmamızın üzvü Hannoverin daha bir darmadağınında pay sahibi oldu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir Almaniyanın “Hannover” klubunun heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Bundesliqa klubu yerli “SV Ramlingen/Ehlershausen” komandası ilə qarşılaşıb.
Görüş Gökdəmirin komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın üzvü meydana 45-ci dəqiqədə, hesab 3:0 olarkən çıxıb. O, sona qədər meydanda olub.
