8 iyul 2013 15:43
“Biz Neftçini keçə bilərik”
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Albaniya “Skenderbeu”sunun baş məşqçisi Mirel Yosa yerli mətbuata müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Komandanızın Avstriya toplanışını necə qiymətləndirirsiz?
- Komandanın hazırlığı baxımından hər şey normaldı. Lakin yoxlama oyunlarında qələbə qazana bilmədik. Bu da uşaqların gündəlik ağır məşqlər keçməsinin fonunda baş verdiyi üçün başadüşüləndi.

- “Skenderbeu” dörd oyunda qapısından 16 qol buraxdı. Bu, sizi məyus etmir?
- Bunu faciəyə çevirməkdə məna görmürəm. Mən özüm komandamın hansı vəziyyətdə olduğunu daha yaxşı bilirəm. Biz gündə iki məşqə çıxırdıq. Belə şəraitdə yaxşı futbol sərgiləmək çətin olur.

- Liki və Sefesanın transferi mərkəzdə oyunun daha da yaxşılaşacağını deməyə əsas verir?
- Əlbəttə, indi bizim daha çox variantımız var. Bu uşaqların nəyə qadir olduğunu da bilirəm. Onlar bütün bacarıqlarını “Skenderbeu”nun uğur qazanmasına həsr etməyə hazırdılar.

- Eyupinin transferi barədə nə deyə bilərsiz?
- Etiraf edim ki, bu oyunçunu diqqətlə izləməmişəm. Sadəcə, “YouTube”dakı bəzi videolarına baxmışam. Buna əsasən deyə bilərəm ki, o, yaxşı oyunçudu. İndi artıq tam əminliklə komandanın komplekləşdiyini demək olar.

- Yoxlama oyunlarında 4-5-1 taktiki sxemindən istifadə edirdiniz. “Neftçi” ilə oyunlarda da belə olacaq?
- Bəli, biz bu sxem üzərində çox çalışdıq. Artıq onu dəyişməyə hazırlaşmırıq. Belədə yarımmüdafiəçilərin hücum xəttinə dəstəyi daha çox olacaq. Matçın gedişində də manevr imkanlarımız geniş olacaq.

- Sizcə, “Skenderbeu” “Neftçi”ni keçəcək gücdədi?
- Mən asan püşk gözləmirdim. Rəqibimizin çox yaxşı büdcəsi var. Amma biz onları keçə bilərik. Komandam tam olaraq bu oyuna köklənib və 120 faiz bacarıqlarını meydanda qoymağa hazırdılar”.

- Azərbaycanlılara açıq futbol təklif etməyə hazırlaşmırsız?
- Biz daha çox səmərəli oyun üslubundan yararlanmalıyıq. Ehtiyatlı olmalı, səhv buraxmamalıyıq. Müdafiədə səhvsiz oynamaqla yanaşı, əks-hücumlarda da sürətli və aqressiv çıxış etməliyik. Ələ düşən hər şansdan isə maksimum yararlanmaq lazımdı.