8 iyul 2013 16:14
Rəvan AZAL-la daha bir sınaq matçı keçirəcək
"Rəvan” yeni mövsümə hazırlıqlarını davam etdirir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, komanda şənbə günü "Qaradağ Lökbatan”la oynadıqdan (1:1) sonra futbolçulara 1 günlük istirahət verilmişdi. Bu gün isə bərpaedici məşq olub.
Günün tək məşqi "Bayıl stadionu”nda keçirilib. Baş məşqçi Ramil Əliyev yetirmələrinin əsasən toplu çalışmalar üzərində işləməsini məqsədəuyğun saydığından təxminən saat yarım davam edən hazırlıq praktiki olaraq topla olub.
"Rəvan” sabahdan intensiv məşq qrafikinə keçəcək. Gündə 2 dəfə hazırlıq keçəcək komanda həftəsonu növbəti yoxlama oyununu keçirəcək. İyulun 13-də baş tutacaq görüşdə rəqib AZAL olacaq. "Bayıl Arena”da oynanılacaq matçın başlama saatı hələ dəqiqləşməyib.
