8 iyul 2013 16:09

Denizlispor Azərbaycandan indi də hücumçu alır

Türkiyənin “Denizlispor” klubu yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, PTT Birinci Liqa təmsilçisi ölkəmizdən daha bir futbolçuya elçi düşüb.
 
Türkiyə mediasının məlumatına görə, “Denizlispor” “Qəbələ”nin forvardı Viktor Mendini heyətinə qatmaq istəyir. “Manisaspor”lu Kahe ilə danışıqlardan müsbət nəticə almayan klub rəhbərliyi gözünü seneqallı forvarda dikib.
 
Transfer çalışmaları ilə bağlı açıqlama verən “Dənizlispor”un prezidenti Süleyman Urkay “bir çox futbolçu ilə danışıqlarımız davam edir. “Dənizlispor”a yaraşan bir heyət quracağıq. Bundan kimsənin şübhəsi olmasın. Yaxın 1 həftə ərzində bəzi oyunçularla anlaşacağımızı gözləyirəm” deyib.
 
Qeyd edək ki, Rail Məlikovun ayrıldığı “Denizlispor”da hazırda Arif İsayev çıxış eidb. Millimizin sabiq üzvü Saşa Yunisoğlu isə bu gün “Sumqayıt”la müqaviləsini pozaraq Dənizli klubu ilə danışıqlar aparmaq üçün Türkiyəyə yollanıb. Böyük ehtimalla Saşa da bu klubla müqavilə imzalayacaq.
 
2011-ci ildən ölkəmizdə çıxış edən Mendi 51 oyunda 14 qol vurub. Onu bu yay sabiq klubu “Bucsaspor” da heyətinə qatmaq istəyirdi. Lakin keçid baş tutmadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.