8 iyul 2013 16:48
Sumqayıt Birinci Divizion klubu ilə yoxlama oyunu keçirəcək
Topaz Premyer Liqasının 2013/14 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərliyi altında komanda Sumqayıt İdman Mərkəzində gündə iki dəfə olmaqla məşqə çıxır.
Heyətdə yer alan futbolçulardan yalnız Mirzağa Hüseynpur fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, "Sumqayıt" iyulun 10-da "Neftçala" ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıt İdman Mərkəzində baş tutacaq.
