8 iyul 2013 16:37

Siyəzən hamıdan güclü oldu (FOTO)

07.07.2013-cü il tarixində Sumqayıt şəhərində Çimərlik futbolu üzrə Şimal bölgəsinin komandaları arasında turnir keçirilib. Azerisport.az xəbər verir ki, Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə çimərlik futbolu üzrə keçirilən zona birinciliyi başa çatıb.
 
Yarışda regionun 10 komandası iştirak edib. Olimpiya sistemi üzrə baş tutan oyunlarda “Siyəzən”, “Qobustan” və “Xızı” müvafiq olaraq birinci, ikinci və üçüncü pilləni tutub.
 
Yarış başa çatdıqdan sonra komandaların mükafatlandırılması keçirilib. İlk dörd yeri tutmuş komandaların hər birinə kubok və diplomlar verilib. Eyni zamanda birinciliyin ən yaxşı qapıçısına, ən yaxşı oyunçusuna və ən məhsuldar futbolçusuna Çimərlik Futbol Federasiyası, eləcə də ŞRFF tərəfindən fəxri fərmanlar təqdim edilib.
 
Sonda iştirakçı komandalar yarışın təşkilində əməyi olan AFFA, ÇFF və ŞRFF rəhbərliyinə təşəkkürünü bildirib. Onu da qeyd edək ki, birinciliyin finalçıları olan “Siyəzən” və “Qobustan” komandaları çimərlik futbolu üzrə keçiriləcək ölkə kubokunun oyunlarında iştirak etmək hüququ əldə edib.
 
İştirak edən komandalar:
Xaçmaz
Quba
Xızı
Siyəsən
Qusar
Xudat
Abşeron
Şamaxı
Şabran
Qobusan
 
(Azərbaycan Çimərlik Futbol Federasiyasının Mətbuat xidməti)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.