8 iyul 2013 17:00
Nazim Süleymanov: Bizim üçün indi əsas hədəf qrup birincisi olmaqdı
Bakıda təşkil olunan hərbçilər arasında dünya çempionatında çıxış edən Azərbaycan millisinin baş məşqçisi Nazim Süleymanov bu gün keçiriləcək İraqla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bu, qrup mərhələsindəki son oyunumuzdu. Komandamız əvvəlki iki oyunda qələbə qazanıb. Bu üzdən komandamın qələbə ruhunu itirməsini istəmirik. İraqa qalib gəlib, qrupdan birinci yerlə çıxmaq çox yaxşı olardı. 1/4 finaldakı rəqibimizə gəlincə, ikinci qrupda çox dolaşıq bir vəziyyət yaranıb. Orda Əlcəzair, Fransa, Bəhreyn və Keniyanın hər birinin növbəti mərhələyə çıxmaq şansı qalır. Onlardan hansı ilə qarşılaşacağımızı indidən demək çətindi. Bizim üçün indi əsas hədəf qrup birincisi olmaqdı”.