8 iyul 2013 17:23
Xəzər Lənkəranın istədiyi holland hücumçu Macarıstan klubuna keçdi
Hollandiyanın “Volendam” klubunun hücumçusu Cek Tuyp gələcək karyerası ilə bağlı seçimini edib. Azerisport.az xəbər verir ki, o, Macarıstanın “Ferencvaros” klubuna keçib.
Qeyd edək ki, Tuypun xidmətində Türkiyə və Yunanıstanla yanaşı, Azərbaycan klubu da maraqlı idi. Amma hollandiyalı forvard məhz Macarıstan klubuna üstünlük verib.
Onu da bildirək ki, Tuypu Azərbaycan klublarından “Xəzər Lənkəran”ın istədiyi barədə xəbərlər yayılmışdı.
