8 iyul 2013 17:47
Xəzər Lənkəranın rəqibi bu gün gəlir
Maltanın “Sliema” klubu bu gün Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan sözügedən komandanın futbolçu və məşqçi heyəti dərhal da Lənkərana yola düşəcək.
“Sliema” “Xəzər Lənkəran”la oyuna son hazırlıqları məhz Lənkəranda həyata keçirəcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun 1:1 hesabıyla başa çatıb. Cavab görüşü isə iyulun 11-də keçiriləcək.
