8 iyul 2013 17:56
Trabzonsporun baş məşqçisi Qəbələ ilə oyundan danışdı
Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Mustafa Akçay “Qəbələ”yə qarşı keçirdikləri və 2:0 hesablı qələbə qazandıqları matçla bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Qəbələ” ilə oyundakı qol sevincləri xoşuma gəldi. Hər kəs xoş niyyətli olduğunu göstərdi. Tam istədiyimiz kimi olmasa da, yaxşı oynadıq. Komandanın üzü qol sevincidi. Dünən bu sevinci yaşadıq. Bu, məni duyğulandırdı. Məsələn, Olcanın müdafiəyə çəkilib, pressinq tətbiq edərək rəqibin hərəkətini əngəlləməsi mənim üçün çox dəyərlidi”.
