9 iyul 2013 18:21
“Neftçi ilə oyunlarda tam fərqli Skenderbeu görəcəksiz”
Albaniyanın “Skenderbeu” klubunun kapitanı Bledi Şkembi Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
“Avstriya toplanışımız bütövlükdə çox yaxşı alındı. Yoxlama oyunlarına gəlincə, bəzi səhvlərimiz oldu. Buraxdığımız qolların əksəri öz səhvlərimiz ucbatından baş verdi. Biz müdafiədə daha yaxşı oynamağa borclu idik. Özü də bu, yalnız arxa xətt oyunçularına aid deyil. Bütün komanda üzvləri müdafiə olunmağımızda kömək göstərməlidi. Amma bu oyunlarda müsbət məqamlar da var idi. Əmin olun ki, “Neftçi” ilə oyunlarda tamamilə fərqli “Skenderbeu” görəcəksiz”.

Şkembi “Neftçi” ilə qarşıdakı oyunlar haqda daha sonra bunları dilə gətirib: “Neftçi”nin futbolçuları bizimlə müqayisədə daha güclüdülər. Komandada 3-4 futbolçu var ki, qiyməti yarım milyondan çoxdu. Amma istənilən halda biz öz istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, Azərbaycanda keçiriləcək ilk oyunda müsbət nəticə qazanacağıq. Belə olan halda cavab oyunu üçün şanslarımız daha çox olacaq”.
“Skenderbeu”nun kapitanı həmçinin hücum xəttinin daha diqqətli oynamasının önəmini vurğulayıb: “Başa düşmək lazımdı ki, Azərbaycandakı oyunda rəqib hücuma atılacaq. Bu üzdən biz müdafiəyə daha çox diqqət ayıracağıq. Amma eyni zamanda hücum xəttimiz də diqqətli olmalıdı. Onlar da ələ düşən hər qol şansından maksimum yararlanmağa çalışmalıdılar”.