9 iyul 2013 20:05
İnterlə oyun öncəsi müqavilə
Avropa Liqasının birinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan Finlandiyanın “Mariehamn” klubu qapıçı Peter Enkelmanla nigah təzələyib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi təcrübəli qolkiperlə yeni müqavilə imzalayıb.
Buna onun müqaviləsinin müddətinin başa çatmaq üzrə olması səbəb olub. Klubun yaydığı məlumata görə, Enkelmanla daha bir il müddətinə müqavilə imzalanıb.
Qeyd edək ki, “Mariehamn”ın “İnter”lə Bakıdakı oyunda qapısını məhz Enkelman qoruyurdu. Həmin görüş 1:1 hesabıyla başa çatmışdı. Bu komandalar arasındakı cavab görüşü isə iyulun 11-də keçiriləcək.
