9 iyul 2013 20:34
Simurq Avstriyada Olimpiakos və Kayserisporla qarşılaşacaq
Təlim-məşq toplanışının ikinci mərhələsini başa vuran "Simurq" 3 günlük istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, iyulun 12-də yenidən bir araya gələcək komanda hazırlığı davam etdirmək üçün gecə saatlarında Avstriyaya yola düşəcək.
İyulun 28-nə qədər orada qalacaq Zaqatala təmsilçisi Tirol şəhərində yerləşən "Kayzer" otelində məskunlaşacaq. Komanda təlim-məşq toplanışının üçüncü mərhələsi çərçivəsində dörd yoxlama görüşü keçirəcək.
"Simurq"un Avstriyadakı rəqiblərindən artıq ikisi məlumdu. Georgi Çixradzenin yetirmələri iyulun 16-da Yunanıstanın "Olimpiakos", 27-də isə Türkiyənin "Kayserispor" klubları ilə qarşılaşacaq.
