9 iyul 2013 20:52
Alfonso Qreko və Con Toşakın mətbuat konfranslarının başlama saatı dəyişdirildi
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin “Xəzər Lənkəran” - “Sliema” cavab oyunundan bir gün öncə hər iki klubun çalışdırıcılarının mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Alfonso Qreko sabah, iyul ayının 10-da saat 19:30-da mətbuat nümayəndələrinin qarşısına çıxmalıydı.
Lakin qarşı tərəfin istəyi ilə bu, iki saat önə çəkilib. Nəticədə Qreko jurnalistlərin suallarını 17:30-da cavablandıracaq. Bununla yanaşı saat 18:00-da “Slima” klubu matçın keçiriləcəyi əsas meydanda oyun öncəsi son məşqinə cıxacaq.
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak isə saat 19:00-da jurnalistlərin suallarını cavablayacaq.
