9 iyul 2013 11:31

Saşa Yunisoğlu: Sumqayıt ilə müqayisədə Denizlisporda daha çox qazanacağam

Türkiyənin “Denizlispor” klubuna transfer olunan Saşa Yunisoğlunun azerisport.az saytına müsahibəsi
 
- Polşa çempionatındakı çıxışınızdan sonra indi də Türkiyə birinci liqasında oynamaq imkanı qazandınız. Nə gözləyirsiz?
- Şadam ki, “Denizlispor”a keçidim baş tutdu. Komandanın qarşısında Super Liqaya vəsiqə qazanmaq vəzifəsi durur. Çalışacağam ki, bu yolda köməyimi əsirgəməyim.

- “Sumqayıt”dan gedişiniz bir qədər gözlənilməz alındı. Axı bu kluba yenicə keçmişdiniz...
- Başa düşürəm ki, bu, bir qədər qəribə və gözlənilməz təsir bağışlayır. Amma mən Türkiyə klubunun təklifindən imtina edə bilməzdim. “Sumqayıt” rəhbərliyinə təşəkkürümü bildirirəm ki, mənim bu kluba keçidimə şərait yaratdı.
 
- “Sumqayıt”ın maliyyə şərtləri daha yaxşı idi, yoxsa “Denizlispor”un?
- Maliyyə şərtləri arasında elə də ciddi fərq yoxdu. “Denizlispor”da mən daha çox qazanacağam. Amma hazırda bu, heç bir o qədər də böyük önəm kəsb etmir. Mən sadəcə özümü daha yüksək səviyyədə sübut etmək istəyirəm.
 
- Dənizlidə sizi necə qarşıladılar?
- Rail Məlikov və Arif İsayevin sayəsində çox yaxşı qarşılandım. Onlar qısa müddət ərzində orda böyük inam qazanıblar. Mən də öz növbəmdə çalışacağam ki, ölkəmizi Türkiyədə layiqincə təmsil edim.
 
- İsayevin “Denizlispor”a keçidi onun Azərbaycan yığmasına qayıtmasına şərait yaratdı. Bu, sizdə də alınacaq?
- Buna çox ümidliyəm. Fikrimcə, Foqts eyni zamanda məni də diqqət mərkəzində saxlamağa çalışacaq. O, mənim inkişafımda az rol oynamayıb. Lakin indiki məqamda hər şey özümdən asılıdı. Bunun üçün hər oyunda əsas heyətdə meydana çıxmalıyam, yaxşı formada olmalıyam.
 
- Uyğunlaşmaq baxımından problem olmayacaq?
- Zaman göstərəcək. Mənə elə gəlir ki, problem olmamalıdı. Unutmayın ki, mən burda tək deyiləm. Arif İsayev bura çatdığım ilk dəqiqədən etibarən mənə hər şeydə kömək etməyə çalışır. Artıq komandaya qoşulmuşam və yeni mövsümün hazırlıqlarında iştirak edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.