9 iyul 2013 20:23
Neftçi Tereklə sülh bağladı (YENİLƏNİB)
Avstriyada yay-təlim məşq toplanışını davam etdirən “Neftçi” bu gün hazırlıq prosesi çərçivəsində dördüncü yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev yetirmələrini bu dəfə Rusiyanın “Terek” klubu ilə görüşdə sınayıb.
Qarşılaşma qolsuz başa çatıb.
Maraq üçün qeyd edək ki, “Terek” bu gün iki görüş keçirəcək. Qroznı təmsilçisi “Neftçi”nin ardından Hayfa “Maccabi”si ilə də üz-üzə gələcək.
Xatırladaq ki, “Neftçi” bundan öncə Rusiyanın “Volqa” klubu ilə qarşılaşmada 0:1 hesabıyla məğlub olmuş, Almaniyanın “Wacker Burghausen”ini darmadağın etmişdi - 3:0. Bu ölkənin digər təmsilçisi “Energie Cottbus”a 0:2 hesabıyla uduzan Azərbaycan çempionu son olaraq Hayfa “Maccabi”si (İsrail) ilə görüşdə darmadağına üzülmüşdü – 0:3.
Yoxlama oyunu
9 iyul
Neftçi – Terek - 0:0
"Neftçi": Saşa Stamenkoviç, Karlos Kardoso, İqor Mitreski, Mahir Şükürov, Elvin Yunuszadə, Rəşad Sadiqov, Denis Silva, Flavinyo, Julius Vobay, Araz Abdullayev, Melvin Platye.
