9 iyul 2013 11:53
Neftçi - Skenderbeu matçının biletləri satışa çıxarıldı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Skenderbeu” qarşılaşmasının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, azarkeşlər biletləri “Bakcell Arena"nın kassalarından ala bilərlər. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2-20 manat arasında dəyişir.
Qeyd edək ki, yaxın günlərdə “28 Mall” və “Metro Park” ticarət mərkəzlərində də bilet satışı məntəqələri təşkil olunacaq.
