9 iyul 2013 12:14
Qarabağ - Metallurg oyununa akreditasiya başladı
Məlum olduğu kimi “Qarabağ” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyunun 11-də, saat 21:00-da “Metallurg”la (Makedoniya) qarşılaşacaq. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmanı işıqlandırmaq istəyən media mənsubları akreditasiyaları əldə edə bilər.
“Qarabağ” – “Metallurg” görüşü üçün akreditasiyaları Qara Qarayev prospektində (Qara Qarayev metrosunun yanı) yerləşən “Ruslan-93” İdman Kompleksindən – “Qarabağ”ın bazasından əldə etmək mümkündü.
