9 iyul 2013 13:19
Azərbaycan klubları Beşiktaş və BATE ilə qarşılaşa bilər
İyulun 10-da Gürcüstanın Batumi şəhərində çimərlik futbolu üzrə “Ajaria Gold Cup” beynəlxalq turniri start götürəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan da bu turnirdə təmsil olunacaq.
Turnirin hakimlər komitəsinin sədri Əfqan Həmzəyevdən aldığımız məlumata görə, ölkəmizi beynəlxalq tunirdə “Bakı” və “Azçiken” klubları təmsil edəcəklər.
Onlarla yanaşı turnirdə Gürcüstan yığması, “Beşiktaş” (Türkiyə), BATE (Belarus), “Udinese” (İtaliya), “Hapoel” (İsrail) və “Ternopol” (Ukrayna) da iştirak edəcək.
Turnirin püşkü sabah atılacaq.
