9 iyul 2013 13:32
Topaz Premyer Liqasının püşkatma mərasimi keçiriləcək
Topaz Premyer Liqasında 2013/2014-cü il mövsümünün püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, mərasim iyulun 12-də baş tutacaq. AFFA-nın inzibati binasında keçiriləcək püşkatma saat 12:00-da başlayacaq.
