9 iyul 2013 13:55
“Nazim Süleymanov - dünya çempionu? Siz yəqin ki, zarafat edirsiz”
Hərbçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan rəhbərliyiniz altında Mali (4:0), Kanada (2:0) və İraqa (3:0) qalib gəldi. Planlarınızda hər üç oyunu qazanmaq var idi?
- Belə plan qurmamışdıq. Bizim əsas hədəfimiz sadəcə qrupdan çıxmaq idi. Fikrimcə, bu, bizdə pis alınmadı. Təşkilati problemlərə baxmayaraq, istədiyimizə nail olduq. Biz sadəcə bəzi şeylərə göz yumub, öz futbolumuzu oynadıq.

- Komandadan razısız?
- Tamamilə! Uşaqlar hər oyunda maksimum güc sərf ediblər. Onlar hamısı gənc uşaqlardı. Sözümü eşidirlər. Buna görə onlara təşəkkürümü bildirirəm. Ümid edirəm ki, qələbə ruhunu qoruyub saxlaya biləcəyik.

- Siz hər oyunda üç dəyişiklik edirsiz. Bu, nə ilə bağlıdı?
- Bunlar taktiki gedişlərdi. Həm də ixtiyarımda 25 futbolçu var. Çalışıram ki, onların hamısının xidmətindən yararlana bilim.

- 1/4 finalda Bəhreynlə qarşılaşacaqsız. Bu komanda barədə nə bilirsiz?
- Biz hələ turnir öncəsi bu komanda ilə yoxlama oyunu keçirmişdik və qolsuz heç-heçəyə razılaşmışdıq. Həmin oyunda onların bir neçə əsas heyət oyunçusu iştirak etmirdi. Rəsmi oyunlarını da izləmişəm. Ciddi komandadı. Qrupdan da layiqli şəkildə çıxdılar. Bizi heç də adi oyun gözləmir. Amma şansımız da var.

- Artıq üç qələbə qazanmısız. Dünya çempionu olmaq üçün daha nə lazımdı? Ümumiyyətlə, çempionluq haqda düşünürsüz?
- Nazim Süleymanov – dünya çempionu? Siz nədən danışırsız? Yəqin, zarafat edirsiz. Bu barədə heç kim düşünmür. İyulun 10-da, 12-də və 14-də oyunlarımız olmalıdı. İndi hələlik yalnız ayın 10-dakı matç barədə düşünürəm.

- Dünya kubokunu görmüsüz?
- Xeyr. Heç buna fikir də verməmişəm. Çünki bu haqda düşünməyə vaxt yoxdu. Bizimki ancaq məşq etmək və oyunlara çıxmaqdı.