9 iyul 2013 14:29
Öncə Qreko, sonra Toşak
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin “Xəzər Lənkəran” - “Sliema” cavab oyunundan bir gün öncə hər iki klubun çalışdırıcılarının mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə cənub klubunun rəsmi saytı məlumat yayıb.
Rəqib komandanın baş məşqçisi Alfonso Qreko sabah, iyul ayının 10-da saat 19:30-da mətbuat nümayəndələrinin qarşısına çıxacaq.
Bununla yanaşı saat 20:00-da “Sliema” klubu matçın keçiriləcəyi əsas meydanda oyun öncəsi son məşqinə cıxacaq.
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak isə saat 20:00-da jurnalistlərin suallarını cavablayacaq.
