9 iyul 2013 15:13
İki azərbaycanlı futbolçu Türkiyə klubunda!
Azərbaycanlı futbolçuların Türkiyə PTT Birinci Liqasına axını davam edir. Azerisport.az xəbər verir ki, bu ölkənin “Gaziantep BB” klubu da iki azərbaycanlı futbolçunu baxışa dəvət edib.
Bunlardan biri “Bakı”nın sabiq futbolçusu, son mövsümü "Kəpəz"də keçirən müdafiəçi Cəmşid Məhərrəmovdu. Digər oyunçu isə "Zenit" futbol məktəbinin yetirməsi Tural Hümbətovdu. O, mərkəz müdafiəçisi mövqeyində çıxış edir.
Onların hər ikisi hazırda Qaziantep təmsilçisində baxışdadı. Hər iki futbolçu iyulun 13-nə qədər komandanın təlim-məşq toplanışında iştirak edəcək və məşqçilər heyətinin qərarı ilə həmyerlilərimizlə danışıqlara başlanacaq.
Qeyd edək ki, millimizin futbolçularından Arif İsayev və Saşa Yunisoğlu "Denizlispor"da, Branimir Subaşiç isə hazırda "Orduspor"da çıxış edir.
