9 iyul 2013 16:10
Saşa Yunisoğlu Denizlisporda hansı mövqedə oynayacaq?
“Saşa Yunisoğlu uzun müddətdi izlədiyimiz bir oyunçudu. Sol cinahdakı boşluğu onun vasitəsi ilə doldurmuş olduq”.
Azerisport.az xəbər verir ki, bu sözləri “Denizlispor”un mətbuat katibi Yasin Özbek deyib.
Qeyd edək ki, “Denizlispor” Saşanı müdafiənin sol cinahında oynatmaq istəsə də, futbolçumuz daha çox mərkəz müdafiəçisi kimi tanınır. Amma görünür türklər yığmamızın baş məşqçisi Berti Foqtsun bəzən cinah oyunçusu kimi yararlandığı Saşadan məhz belə istifadə etməkdə maraqlıdılar.
