9 iyul 2013 16:23
İnter Finlandiyaya getdi
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Mariehamn”la qarşılaşacaq “İnter” klubu bu gün Finlandiyaya yola düşüb. Azerisport.az xəbər verir ki, “bankirlər” Skandinaviya ölkəsinə çarter reysi ilə yollanıb.
Komandamız bu gün axşam saatlarında Finlandiyada ilk məşqə də çıxacaq.
Qeyd edək ki, iyulun 11-də keçiriləcək “Mariehamn” – “İnter” oyunu Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.
