9 iyul 2013 16:51
Asif Məmmədov Mariehamnla cavab matçında meydana çıxa biləcək
“İnter”in aparıcı yarımmüdafiəçisi Asif Məmmədov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Mariehamn”la səfər matçında forma geyə biləcək. Azerisport.az xəbər verir ki, o, bu gün komandası ilə birgə Finlandiyaya yola düşüb.
İlk oyunun birinci hissəsində zədələnən Məmmədovun zədəsinin ciddi olmadığı müəyyənləşib. Bu üzdən də baş məşqçi Kaxaber Sxadadze cavab görüşündə Asifin xidmətindən yararlana biləcək.
Qeyd edək ki, iyulun 11-də keçiriləcək “Mariehamn” – “İnter” oyunu Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.
