9 iyul 2013 17:15

“Azərbaycanın ən böyük problemi stadiona azarkeşlərin gəlməməsidi”

“Simurq”un sabiq hücumçusu Marçin Burhard Polşa mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Özünüzə yeni klub tapa bilmirsiz?
- Bu, düz deyil. Fərdi qaydada fiziki hazırlıq keçirəm və klub axtarmağa davam edirəm. Ötən il klub tapmağım təxminən bir ay vaxt apardı. Özümü yaxşı hiss edirəm. Son mövsümdə “Simurq”da 24 oyunda meydana çıxdım və işimin öhdəsindən layiqincə gəldim. Odu ki, 29 yaşım olduğuna görə mənim artıq heç kimə lazım olmadığımı demək düzgün səslənmir.
 
- Azərbaycan çempionatında oynamaq necə idi?
- Azərbaycanda futbol çox yaxşı formalaşmaqdadı. “Piast”a Avropa Liqasında “Qarabağ”la mübarizə aparmaq çox çətin olacaq. Ağdam klubu “Neftçi” ilə birgə Azərbaycanın ən yaxşılarıdı.
 
- Polşa çempionatından nə kimi fərqləri var?
- Azərbaycanda yaxşı qazanmaq olar. Varlı ölkədi. Futbol ən aparıcı idman növüdü. Futbola çoxlu pul yatırılır. Azərbaycanın ən böyük problemi stadiona azarkeşlərin gəlməməsidi. Onlar futbola televizordan baxmağı daha üstün tururlar. Arenaya giriş hətta pulsuz da olsa, 500-600 adam gəlir. Məsələn, qadınlar ümumiyyətlə oyunlara gəlmirlər. Əgər qadın görsəz, deməli o da hansısa əcnəbi futbolçunun həyat yoldaşıdı.
 
- Belə stadionlarda oynamaq çətin deyil ki?
- Təzyiq hiss etmirsən. Elə təəssürat yaranır ki, bu, çempionat yox, hansısa yoxlama oyunudu. Bu mənada Polşa çempionatından çox fərqlənirlər. Amma Azərbaycanın Portuqaliya yığması ilə oyununa 30 min azarkeş toplaşmışdı. “Neftçi”nin Avroliqadakı oyunlarına da çoxlu azarkeş gəlirdi.
 
- Əcnəbi futbolçular Azərbaycan klublarına həvəslə gəlirlər?
- Komandamızda səkkiz legioner var idi. Amma birinin bəxti gətirmirdi. Çünki Azərbaycanda legionerlərə limit var. Ümumiyyətlə, çox təsadüfi hallarda ordakı klublarla uzun müddətli müqavilələr imzalanır. Ən optimal variant bir illik müqavilədi. Çünki az qala hər mövsümün əvvəlində heyət dəyişdirilir.
 
- Klubların büdcələri necədi?
- 15-25 milyon aralığında. Məsələn, eşitdiyimə görə “Neftçi”nin büdcəsi 25 milyondu.
 
- Sizin sabiq klubunuz mövsümü dördüncü yerdə başa vurdu. Bu, uğurdu?
- Demək çətindi.
 
- Azərbaycanda necə yaşayırdınız?
- Əcnəbilər üçün Bakıya uyğunlaşmaq asandı. Orda sənə lazım olan hər şey var. Hətta deyərdim ki, Bakı Avropanın ən yaxşı şəhərlərindən biridi. Zaqatala isə kurort zonasıdı. Təəssüf ki, orda dağdan başqa maraqlı heç nə yoxdu. Oyunçular bazada qalırdılar. Yeməkxana ümumi idi. Demək olar ki, hərbi şəraiti idi. Ən azından normal mənzil şəraitində yaşayan futbolçu üçün ora faciəvi idi. Amma biz yaxşı pul qazanırdıq və çalışırdıq ki, özümüzü yaxşı göstərib, Milan “İnter”i ilə heç-heçə edən “Neftçi” kimi klublara keçək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.