9 iyul 2013 17:53
Fənərbahçe Xəzər Lənkəran ilə oynayacağını rəsmən açıqladı
Türkiyənin “Fenerbahçe” klubu yoxlama oyunlarındakı rəqiblərinin adlarını və qarşılaşmaların vaxtlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, İstanbul klubu “Xəzər Lənkəran”dan başqa daha iki oyun keçirəcək.
Belə ki, ilk oyun iyulun 19-da düzcə stadionunda “Boluspor”a qarşı keçiriləcək. İyulun 21-də ölkəmizə gələcək “Fenerbahçe” Lənkəranda “Xəzər Lənkəran”la qarşılaşacaq. Oyun saat 22:00-da başlayacaq.
“Sarı-lacivərdlilər” üçüncü matçını 24 iyulda “Şükrü Saracoğlu” stadionunda Hollandiyanın PSV klubuna qarşı keçirəcək.
