10 iyul 2013 18:06
AFFA Barcelona klubu ilə əməkdaşlığa başlayır (FOTO)
Bu gün İspaniyanın Barselona şəhərində AFFA-nın baş katibi Elxan Məmmədovla "Barcelona" Futbol Klubunun prezidenti Sandro Rosell arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə ümumilikdə Azərbaycan futbolunun inkişafı, xüsusilə uşaq futbolu və marketinq sahəsində görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışılıb və AFFA ilə "Barselona" klubu arasında qarşılıqlı əlaqələr müzakirə olunub.
