10 iyul 2013 18:13
Asim Xudiyev Çempionlar Liqasına təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 16-da Tiflis şəhərində keçiriləcək "Dinamo" (Gürcüstan) – "Streymur" (Farer adaları) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
