10 iyul 2013 18:22
Qəbələnin rəqibi dəyişdi
Türkiyənin İsparta bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün qardaş ölkədə növbəti sınaq oyununu keçirəcək. Amma rəqib öncədən planlaşdırıldığı kimi “Antalyaspor” deyil, yerli “İspartaspor” komandası olacaq.
Azerisport.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Antalya təmsilçisi ilə qarşılaşma isə iyulun 13-də baş tutacaq.
