10 iyul 2013 18:44
Sliemanın baş məşqçisi: Biz Lənkərana gəzintiyə gəlməmişik
Maltanın “Sliema” klubunun baş məşqçisi Alfonso Qreko Avropa Liqasının birinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”ıa cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Lənkəranda keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Biz Lənkərana gəzintiyə gəlməmişik. Elə üç gündü burda olmağımız da hədər deyil. Cavab oyununda yaxşı nəticəyə nail olmaq istəyirik. Rəqibin heyətində daha çox Sadio Tounkaradan çəkinirik”.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun 1:1 hesabıyla başa çatmışdı. Cavab görüşü isə sabah Lənkəranda keçiriləcək və saat 20:00-da başlayacaq.