10 iyul 2013 19:22
Nazim Süleymanov: Yalnız qələbə qazanmaq barədə düşünürük
Futbol üzrə hərbçilər arasında Bakıda təşkil olunan dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində bu gün Bəhreynlə qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yalnız qələbə barədə düşünürük. Başa düşürük ki, bu rəqibə qalib gəlmək çox çətin olacaq. Oyun hətta 120 dəqiqə də çəkə bilər. Mümkündü ki, qalibi müəyyənləşdirmək üçün penaltilərə də ehtiyac duyulsun. Heyətlə bağlı iki itkimiz var. Şəhriyar Əliyev zədə, Hüseyn Axundov iki sarı vərəqə ucbatından bu oyunu buraxacaq”.