10 iyul 2013 22:45
Ruslan Abışov oynadı, Rubin uduzdu
Rusiyanın “Rubin” klubu növbəti yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi Ukraynanın “Metallist” klubu ilə üz-üzə gəlib.
Görüş Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov meydana 46-cı dəqiqədə çıxıb və sona qədər mübarizə aparıb.
