10 iyul 2013 23:08

Qurban Qurbanov: Qarabağ müdafiədə oturmayacaq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsinin Makedoniya “Metallurg”u ilə cavab matçı öncəsi mətbuat konfransı keçirib. Azerisport.az sizi həmin tədbirdən hazırlanmış reportajla tanış edir.
 
- “Qarabağ” son məşqdə standart vəziyyətlərə xüsusi diqqət ayırdı...
- İlk oyun ərəfəsində biz bunun üzərində az işləmişdik. Bu gün isə məhz standart vəziyyətlər üzərində çalışdıq. Rəqib bu baxımdan çox güclüdü. Ona görə də ciddi hazırlaşmağımız vacibdi.
 
- “Qarabağ” Avroliqanın qrup mərhələsinə çıxmağa hazırdı?
- Hadisələri qabaqlamaq istəmirik. Futbolda hər şey ola bilər. Biz indi bu barədə düşünməməliyik. Hər oyuna xüsusi hazırlaşırıq. “Metallurg”a qalib gələk, sonrasına baxarıq.
 
- Komandanız hazırda hansı vəziyyətdədi?
- Fikrimcə, yaxşı vəziyyətdədi. Deməzdim ki, pik formadadı. Amma pis də deyil. Tədricən oyunçularımız forma toplamağa başlayırlar.
 
- “Metallurg” ilk oyunda uduzduğuna görə hücum futbolu sərgiləyəcək. Bəs “Qarabağ”?
- Bizə asan olmayacaq. Çünki 1:0 çox sürüşkən hesabdı. Qonaqlar qol vura, hesabı bərabərləşdirə bilərlər. Biz sadəcə öz futbolumuzu oynamalıyıq. Amma müdafiədə oturmayacağımız dəqiqdi.
 
- “Metallurg” üç il əvvəllə müqayisədə nə dərəcədə dəyişib?
- İndiki “Metallurg” daha güclüdü. Bu heyət daha iddialıdı. Onlar çempionatın son 13 oyununda uduzmayıblar. Hər oyunda da qol vurublar.
 
- Futbolçuların oruc tutması problem yaratmır ki?
- Hər bir futbolçu peşəkardı və öz problemlərini özləri həll etməlidilər. Fikrimcə, hava o qədər də isti keçmir və onlar oruc tuta bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.