10 iyul 2013 21:45

Qəbələ Türkiyə klubuna 7 cavabsız qol vurdu (YENİLƏNİB)

Türkiyənin İsparta bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün üçüncü yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin bu dəfəki rəqibi Türkiyə klubu olub.
 
Əvvəlcədən “Qəbələ” “Antalyaspor”la razılaşmışdı və bu gün məhz bu komanda ilə qarşılaşacaqdı. Lakin sonradan rəqib dəyişdirilib. Beləliklə, “Qəbələ” bu gün həvəskarlar liqasında çıxış edən “İspartaspor”la üz-üzə gəlib. Qarşılaşma Yuri Syominin yetirmələrinin böyük hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, “Qəbələ” bundan əvvəl Türkiyədə iki oyun keçirib. Zaparoje “Metallurq”u ilə sülh bağlayan (1:1) Syominin yetirmələri “Trabzonspor”a uduzub (0:2). Təmsilçimiz iyulun 13-də Super Liqanı tərk etmiş “Mersin İdman Yurdu” ilə qarşılaşacaq.
 
Yoxlama oyunu
10 iyul
 
Qəbələ  - İspartaspor - 7:0
Qollar:  Kamanan, 7 (1:0), Kamanan, 17 (2:0), Kelhar, 29 (3:0), Qurbanov, 47 (4:0), Assis, 59 (5:0), Kelhar, 60 (6:0), Qurbanov, 70 (7:0)
 
“Qəbələ”nin start heyəti: David Petrkeviç, Sadiq Quliyev, Deyan Kelhar, Vladimir Levin, Rail Məlikov, İbrahima Niasse, Lorenso Ebesilio, Nizami Hacıyev, Dodo, Daniel Subotiç, Yannik Kamanan
 
İkinci hissədə meydana Cavidan Hüseynzadə, Omar Kalaban, Şəhriyar Xəlilov, Amit Quluzadə, Viktor Mendi, Tərzin Cahangirov, Nuran Qurbanov, Rodriqes Assis, Abdulvahid Afolabi də çıxıb. Meydanda yalnız Levinlə Kelhar qalıb.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.