10 iyul 2013 15:34
Neftçinin Vaslui ilə oyunu baş tutmadı (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Neftçi” bu gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama matçına çıxmalıydı. Azerisport.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev yetirmələrini bu dəfə Rumıniyanın “Vaslui” klubu ilə görüşdə sınayacaqdı.
Lakin sözügedən görüş baş tutmayacaq. Paytaxt klubu ötən gün də oyun keçirdiyindən, məşqçilər korpusu bu matçdan imtina ediblər.
Xatırladaq ki, “Neftçi” bundan öncə beş oyun keçirmişdi. “Ağ-qaralar” Rusiyanın “Volqa” klubu ilə qarşılaşmada 0:1 hesabıyla məğlub olub, Almaniyanın “Energie Cottbus” komandasına 0:2, Hayfa “Maccabi”si (İsrail) ilə görüşdə 0:3 hesablı yenilgi ilə üzləşib. Yeganə qələbəsinin Almaniyanın “Wacker Burghausen” komandası üzərində qazanan (3:0) təmsilçimiz ötən gün də Rusiyanın "Terek" klubu ilə qolsuz heç-heçəyə razılaşmışdı.
