10 iyul 2013 23:40
Azərbaycan yarımfinalda! (YENİLƏNİB)
Bakıda təşkil olunmuş hərbiçilər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirin 1/4 final mərhələsinin oyunları keçirilib.
Azərbaycan yığması yarımfinala çıxmaq üçün Bəhreyn komandası ilə qarşılaşıb. AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçirilən qarşılaşma gərgin və dramatik keçib. Komandamız əlavə vaxtda vurulan qolla yarımfinala vəsiqə qazanıb.
1/4 final mərhələsinin digər oyunlarında isə Əlcəzair İraqa məğlub olubsa, Oman Qətərə qalib gəlib. Kamerunla qarşılaşan Kot-Divuar da qələbə qazanıb və yarımfinala çıxıb.
Hərbçilər arasında dünya çempionatı
1/4 final
10 iyul
Azərbaycan - Bəhreyn - 3:2
Qollar: Abdulov, 21 (1:0), Qurbanov, 90+3 (2:2), R.Hacıyev, 107 (3:2)
Dalğa Arena.
AZƏRBAYCAN: Aqil Məmmədov, Nodar Məmmədov, Azad Kərimov, Novruz Məmmədov, Elşad Manafov, Cavid Hüseynov, Eşqin Quliyev, Tərlan Xəlilov, Elvin Məmmədov, Bəxtiyar Soltanov, Elnur Abdulov.
Əlcəzair – İraq - 1:3
Bayıl Arena.
Oman - Qətər - 3:0
“Şəfa” stadionu.
Kamerun - Kot-Divuar - 1:2
Zirə OİK.
