11 iyul 2013 00:05
UEFA İnteri cəzalandıra bilər
UEFA Azərbaycanın Avropa Liqasındakı təmsilçisi “İnter”i cəzalandıra bilər. Azerisport.az xəbər verir ki, buna səbəb “bankirlər”in ilk təsnifat mərhələsindəki rəqibi olan Finlandiyanın “Mariehamn” klubunun təmsilçimizdən qitə futbol qurumuna şikayət etməyə hazırlaşmasıdı.
Məlum olduğu kimi, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda “Mariehamn”ın birdən-birə iki futbolçusu zədələnərək sıradan çıxmışdı. Sonradan onların mövsümün sonuna kimi futbol oynaya bilməyəcəyi müəyyənləşdi.
1:1 hesabıyla başa çatan görüşdə rəqib komandanın futbolçuları – Dever Orgillə Dieqo Assisin sıradan çıxmasına səbəbkar isə onlara qarşı kobud oynayan Brüs Abdulay olmuşdu. İndi Finlandiya klubu UEFA-ya şikayət edərək, bu futbolçunun cəzalanmasını istəyir. Bunu “Mariehamn”ın baş məşqçisi Pekka Liiski söyləyib:
“UEFA yenicə çox kobud follarla bağlı öz qərarlarını açıqlayıb. “İnter”in futbolçusuna hər iki halda qırmızı vərəqə göstərilməli idi. Amma ona qarşı bu, tətbiq olunmadı. Buna görə UEFA-ya şikayət məktubu ünvanlayacağıq, həmin epizodlarla bağlı fikirlərimizi yazacağıq. Həmçinin “İnter”in futbolçusunun kobud oynadığı epizodların videosunu da onlara göndərəcəyik. Ola bilər ki, bu, ümumi nəticəyə heç bir təsir göstərməsin. Amma UEFA-nın bu futbolçudan xəbərdar olmasını istəyirik. Meydanda belə davranmaq olmaz. Rəqibə hörmətlə yanaşmaq lazımdı”.