11 iyul 2013 00:23

“Con Toşakdan Qarabağla bağlı məsləhət almamışıq”

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi olan Makedoniyanın “Metallurg” klubunun baş məşqçisi Srcan Zaharyevski Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

“Qarabağ” ilk oyunda layiqli qələbə qazandı. İlk oyuna yaxşı hazırlaşa, öz səviyyəmizi göstərə bilmədik. Ancaq bu matçdan 7 gün keçib və bu dəfə yaxşı hazırlaşmışıq. Cavab matçında qələbə qazanmaq istəyiriksə, mütləq qol vurmalıyıq”.
 
“Qarabağ”ın orta sahəsini fərqləndirmək istərdim. Cinahlar da sürətlidi. Düşünmürəm ki, bizim psixoloji gərginliyimiz var. Çünki bizim itiriləsi heç nəyimiz yoxdu”.
 
Zaharyevski Azərbaycan futbolunun inkişafda olduğunu bildirib: “Son vaxtlar Azərbaycan futbolu inkişafdadı. Futbolunuza yatırılan maliyyə vəsaiti nəinki “Qarabağ”ın, digər klublarınızın da gələcəkdə də qrupa düşəcəyinizi göstərir”.
 
“Metallurg”un çalışdırıcısı Makedoniya yığmasının sabiq, “Xəzər Lənkəran”ın hazırkı baş məşqçisi Con Toşakdan “Qarabağ”la bağlı məlumat almadığını deyib: “Azərbaycanda oynamış, indi də oynayan bəzi makedoniyalı futbolçulardan informasiya əldə etmişəm. Bundan əlavə, Azərbaycanda işləmiş makedoniyalı mütəxəssisdən məlumat almışıq. Vaxtilə Makedoniya millisini çalışdırmış Con Toşakdan isə  məlumat almamışıq”.
 
Zahariyevski “Azərbaycanda işləmiş makedoniyalı mütəxəssis” dedikdə böyük ehtimalla Qyoko Haciyevskini nəzərdə tutur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.