11 iyul 2013 01:02
Elhad Nəzirisiz Petrolula Super Kubok qazanmaq qismət olmadı (YENİLƏNİB)
Futbol üzrə Rumıniya Super Kuboku uğrunda oyun keçirilib. Azerisport.az xəbər verir ki, həlledici görüşdə son ölkə çempionu “Steaua” ilə kubokun qalibi “Petrolul” qarşılaşıb.
Görüş "Steaua"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Petrolul”da forma geyən Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, “Petrolul” tarixində heç vaxt Super Kuboka sahib çıxmayıb. Bu komanda cəmi bir dəfə 1995-ci ildə Super Kubok oyununa çıxsa da, həmin vaxt da məhz “Steaua”ya uduzaraq, şansını əldən qaçırmışdı. Həmyerlimizin komandası həm qisas almağa, həm də tarix yazmağa şans qazansa da, bundan yararlana bilməyib. “Steaua” isə bundan öncə beş dəfə (1994, 1995, 1998, 2001, 2006-cı illərdə) Super Kubokun qalibi olmuşdu. Bu komanda daha üç görüşdə məğlub olub.
Rumıniya Super Kuboku
10 iyul
Steaua - Petrolul - 3:0
