11 iyul 2013 00:34
Sumqayıt yoxlama matçından qalib ayrıldı
“Sumqayıt” növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi Birinci Divizionda çıxış edən “Neftçala”nı sınayıb.
Sumqayıt Futbol Mərkəzində baş tutan oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Matçda yeganə qolu 17 yaşlı oyunçu Bayram Nuruzadə vurub.
Qeyd edək ki, 17 yaşı bu ilin 29 martında tamam olan Bayram “Sumqayıt”ın əvəzedici komandasında çıxış edir.
