11 iyul 2013 00:45
Asif Məmmədov Mariehamnla oyun öncəsi son məşqdə iştirak etdi
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Finlandiyanın “Mariehamn” klubunun qonağı olacaq Bakı “İnter”i ötən axşam oyunun keçiriləcəyi arenada son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər” artıq oyun saatını gözləməyə başlayıblar.
Qeyd edək ki, son məşqdə Bakıdakı oyunda zədələnmiş Asif Məmmədov da iştirak edib. Güman ki, o, səfər matçında iştirak edə biləcək. Yekun qərarı baş məşqçi Kaxaber Sxadadze qəbul edəcək.
Xatırladaq ki, “İnter”lə “Mariehamn” arasındakı ilk oyun 1:1 hesabıyla başa çatmışdı. Cavab matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
