10 iyul 2013 12:35
Xəzər Lənkəran Sliema matçına hazırlıqları tamamlayır
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin “Sliema” (Malta) ilə cavab oyununa bir gün qalmış “Xəzər Lənkəran” daha bir məşq keçirib. Azerisport.az xəbər verir ki, komanda iyulun 9-da saat 19:30-da stadionun əsas meydançasında məşqə çıxıb.
Əsasən taktiki hazırlıq və toplu çalışmalar planında qurulmuş hazırlıq prossesi iki tərəfli oyunla yekunlaşıb və ümumilikdə bir saat davam edib.
Bu gün isə oyunun keçiriləcəyi “Fırtınalar meydanı”nda hər iki komanda oyun öncəsi son məşqinə çıxacaq. Malta təmsilçisi saat 18:00-da, “Xəzər Lənkəran” isə saat 19:30-da matçın keçiriləcəyi əsas meydanda məşqə çıxacaqlar. Qeyd edək ki, hər iki hazırlıq prossesi qapalı keçiriləcək. (12-ci oyunçu)
