11 iyul 2013 00:56
Qarabağın potensial rəqibindən heç-heçə
“Qarabağ”ın Avropa Liqasının ikinci təsnifat mərhələsində potensial rəqibi olan Polşanın “Piast” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Macarıstanda təlim-məşq toplanışında olan bu komanda yerli “Ferencvaros” klubu ilə qarşılaşıb.
Görüş 1:1 hesabıyla başa çatıb. “Piast”ın yeganə qoluna Klepçinki imza atıb.
Qeyd edək ki, “Qarabağ” ilk təsnifat mərhələsində Makedoniya “Metallurg”u ilə mübarizə aparır. İlk oyunda 1:0 hesabıyla qalib gələn Ağdam klubu bu gün ev oyununda növbəti mərhələyə vəsiqəni rəsmiləşdirə bilər.
